Avropa İttifaqı Rusiyadan qaz idxalını azaltmağı planlaşdırır

qaz nəqli
qaz nəqli

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə endirmək niyyətindədir.

TASS agentliyi bildirir ki, bu barədə Dövlət Departamentinin ABŞ-Aİ işçi qrupunun enerji təhlükəsizliyi üzrə növbəti görüşünün yekunları ilə bağlı yaydığı açıqlamada bildirilir.

Qeyd edilib ki, Aİ kömür idxalını mərhələli şəkildə dayandırmaqla, neft idxalını 90 faiz azaltmaqla və qaz idxalını 155 milyard kubmetrdən təqribən 80 milyard kubmetrə endirməklə, Rusiya yanacaqlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb. 2023-cü ildə təbii qaz idxalının 40-45 milyard kubmetrə qədər azaldılması nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.