HƏMAS Qəzza zolağında girov saxlanılan ən azı 50 qadının azad edilməsinə prinsipial razılıq verib.
Azpost.info xəbər verir ki, danışıqlarla tanış olan diplomatın “The Washington Post”a verdiyi məlumata görə, İsraildən bunun müqabilində döyüş əməliyyatlarının 3-5 gün müddətinə dayandırılması, Qəzzaya humanitar yardımın artırılması və İsrail həbsxanalarında saxlanılan bir neçə qadın və uşağın azad edilməsi tələb edilir.
Hazırda İsrail təklifi nəzərdən keçirir.
Noyabrın 15-də axşam BMT Təhlükəsizlik Şurası Qəzzaya su, elektrik enerjisi, yanacaq, ərzaq və dərmanların maneəsiz çatdırılması üçün təcili və uzunmüddətli humanitar fasilələr tələb edən qətnamə qəbul edib.
Azpost.info