“Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur”- AYB sədrinin müavini

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) aparat işçiləri üçün nəzərdə tutulan ev növbəsi mövcuddur. Evlər bölünərkən bu, nəzərə alınıb və birliyin növbədə olan əməkdaşlarının da hüquqları – uzun illər növbədə olmaları nəzərə alınıb”.

Bunu AYB sədrinin müavini Rəşad Məcid Yazıçılar Birliyinin üzvlərinə və aparat işçilərinə ev verilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.

“Düzdür, mən də arzu edərdim ki, bütün ehtiyacı olanlar mənzillə təmin olunsun. Amma, təəssüf ki, bu, mümkün deyil. Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur”, – sədr müavini əlavə edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.