Almaniya Ukraynaya 1,3 milyard avroluq hərbi yardım ayırdı

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya ümumi dəyəri 1,3 milyard avro olan yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Azpost.info xəbər verir ki, yardıma daha dörd IRIS-T SLM hava hücumundan müdafiə sistemi, eləcə də artilleriya mərmiləri də daxil ediləcək.

Ümumilikdə Berlin Kiyevə 12 IRIS-T SLM qurğusu vəd edib. Bunlardan ilk üçü artıq təhvil verilib, dördüncünün isə gələn qışda gəlməsi gözlənilir. Daha dörd sistem də daxil olmaqla ikinci partiyanın 2024-cü ildə ötürülməsi planlaşdırılır.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.