“İsrail və HƏMAS arasında razılaşmanı alqışlayırıq”- RUSİYA XİN

“Rusiya İsrail və HƏMAS arasında humanitar fasilə barədə razılaşmanın bağlanmasını alqışlayır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O deyib ki, rusiyalı diplomatlar İsrail ordusu ilə HƏMAS arasında münaqişənin başlanğıcından deeskalasiyaya çağırıblar. Eyni zamanda Rusiya sazişin bağlanmasında vasitəçi kimi iştirak edən Qətərin rolunu da yüksək qiymətləndirir.

“Moskva İsrail və Həmas arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz bunu tələb edir. Biz Qətərin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışının həyata keçirilməsinə yönəlmiş xüsusi səylərini qeyd edirik”, – Zaxarova qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.