İsraillə HƏMAS girov mübadiləsinə nə vaxt başlayacaq?– Netanyahunun müşaviri açıqladı

“İsrail HƏMAS-la girov mübadiləsinə noyabrın 23-də başlaya bilər”.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Baş nazirinin baş müşaviri Mark Reqev “Sky News”a bildirib.

Onun sözlərinə görə, razılaşma İsrail Ali Məhkəməsi tərəfindən təsdiqlənəcəyi təqdirdə prosesə başlamaq mümkün olacaq.

“Məhkəmə razılaşmaya icazə versə, cümə axşamı onun icrasına başlaya bilərik. Ümid edirəm ki, insanlar dərhal evlərinə qayıtmağa başlayacaqlar”, – Reqev qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.