HƏMAS-ın Qəzza zolağındakı rəhbərinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Livana gəlib.
Azpost.info xəbər verir ki, bu barədə “Əl Manar” telekanalı məlumat yayıb.
Nümayəndə heyətinin səfəri əvvəlcədən elan olunmayıb.
Məlumata görə, nümayəndələr “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahla görüşüblər.
Qətər Xarici İşlər Nazirliyi daha əvvəl noyabrın 22-də səhər saatlarında İsrail ordusu ilə HƏMAS arasında razılıq əldə olunduğu barədə məlumatı təsdiqləyib. Fələstin hərəkatının nümayəndələri qeyd ediblər ki, saziş çərçivəsində müvəqqəti humanitar atəşkəs elan olunacaq. Atəşkəs 4 gün davam edəcək. Həmçinin, HƏMAS-ın əsirliyində olan 50 israilli qadın və 19 yaşından kiçik uşaq azad ediləcək. Onlar İsrail həbsxanalarında saxlanılan 150 qadın və uşaqla dəyişdiriləcək.
Azpost.info