Argentinanın yeni prezidenti Ukraynanı dəstəklədi- Sülh konfransı keçirməyi təklif etdi

“Argentina prezidenti Xavyer Miley Rusiya ilə müharibədə Ukraynaya açıq dəstək ifadə edib”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski argentinalı həmkarı ilə telefon danışığından sonra deyib.

“Sadəcə, Ukraynaya açıq dəstək… Bunu ukraynalılar yaxşı hiss edir və yüksək qiymətləndirirlər”, – Zelenski bildirib.

Meyli həmçinin Zelenskiyə Argentinada Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə həllinə dair konfrans keçirməyi təklif edib.

Argentina prezidentinin xarici siyasət üzrə müşaviri və Argentinanın xarici işlər naziri vəzifəsinə əsas namizəd Diana Mondino da eyni təklifi səsləndirib.

Zelenski Argentinanın sülh səylərində iştirakının çox vacib olduğunu deyib. O, güclü siyasi siqnal göndərmək həmkarını Ukraynaya səfərə dəvət edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.