TƏBİB Bərdədə yas mərasimində baş verən hadisə ilə bağlı açıqlama yayıb

TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.

Bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Hadisə nəticəsində xəsarət alaraq ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.