Belarusda prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.
Azpost.info xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko bildirib.
O, həmçinin əlavə edib ki, ölkə parlamentinə və yerli deputatlar şuralarına seçkilər 2024-cü ilin fevralında keçiriləcək.
Prezident Aleksandr Lukaşenko xalqın dəstəyinin kəsildiyini hiss etdiyi təqdirdə vəzifəsini tərk etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, bu halda onun taleyi 24 saat ərzində həll olunacaq. Eyni zamanda Lukaşenko vurğulayıb ki, o, hakimiyyətdən yapışmır, amma şərait onu sükan arxasında qalmağa məcbur edir. Lukaşenko ölkədə prezident seçkilərinin ədalətli və açıq keçəcəyini deyib. Bundan əvvəlki seçkilərdə Lukaşenkonu seçicilərin 80,1 faizi dəstəkləyib.
Azpost.info