Sumqayıtda zibilxanada gecə başlayan yanğın davam edir –Şəhəri qatı tüstü bürüyüb

Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib. Küləkli hava şəraiti yanğını daha da genişləndirib.

Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.