“HƏMAS məhv edilməlidir”- İlon Mask Netanyahu ilə görüşdü

Amerikalı iş adamı İlon Mask İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşdə HƏMAS-ın məhv edilməsi zərurəti ilə razılaşıb.

Azpost.info xəbər verir ki, Mask qeyd edib ki, münaqişə bitdikdən sonra İsrailə Qəzza zolağının demilitarizasiyası və deradikalizasiyasında kömək etmək istəyir.

“HƏMAS-dan fərqli olaraq İsrail mülki insanları öldürməkdən yayınmağa çalışır”, – iş adamı əlavə edib.

Qeyd edək ki, noyabrın 27-də Mask İsrailə səfərə gəlib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.