İran Hərbi Dəniz Qüvvələri uzunluğu 95 metr və eni 11 metr olan “Dilman” esminesini Xəzər dənizinə gətirib.
Azpost.info bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Dilman” gəmilər, PUA-lar, helikopterlər, sualtı qayıqlar və təyyarələr daxil olmaqla bir anda 100-dən çox hədəfi effektiv şəkildə müəyyənləşdirə bilər.
“Dilman” ın açılış mərasimi zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyin Baqeri İranın öz hərbi dəniz gücündən sülh naminə istifadə etmək, ticarət donanmasının təhlükəsizliyini təmin etmək və gələcəkdə terrorizm və potensial insidentlərlə mübarizə aparmaq öhdəliyini vurğulayıb.
Bu, Xəzər dənizində işə salınan altıncı İran hərbi gəmisidir. Rusiya Xəzərdə aparıcı dəniz gücü kimi dominant mövqe tutsa da, İran dəniz gücünü 1990-cı illərdən bəri durmadan artırır.
Hazırda ölkənin Xəzər dənizinin sahilləri boyunca üç hərbi dəniz bazası var.