Ali təhsil müəssisələri ilə elmi müəssisələrin inteqrasiyası vacib məsələdir.
Bunu AMEA-nın noyabrın 29-da keçirilən Ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
“Elm və Təhsil Nazirliyi olaraq elmin dəstəklənməsi və birgə fəaliyyət üçün bütün resurslarımızdan istifadə edəcəyik”, – deyə nazir qeyd edib.