“Ermənistanla müttəfiqlik münasibətlərimizi davam etdirəcəyik”- PESKOV

Dmitri Peskov
Dmitri Peskov

Kremlin sözçüsü Dmitri Peskov son vaxtlar Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi fikri ilə razılaşmayıb.

Azpost.info xəbər verir ki, Peskov bildirib ki, İrəvanla Moskva arasında dostluq əlaqələri var və ölkələr onları gələcəkdə inkişaf etdirməyə hazırdır.

“Ermənistan suveren ölkədir ki, məqsədəuyğun hesab etdiyi dövlətlərlə münasibətlərini inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz. Təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir. Biz müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, – Peskov qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.