Saatda 3,2 kilometr və ya daha çox sürətlə yerimək 2-ci tip diabet riskini azaldır.
Azpost.info xəbər verir ki, bu barədə britaniyalı alimlərin “British Journal of Sports Medicine” jurnalında dərc etdikləri məqalədə deyilir.
Araşdırmaya görə, intensiv gəzinti xəstəliyin inkişaf riskini 39 faiz azalda bilər.
Alimlər qeyd ediblər ki, tədqiqatın nəticələri sürətli yerimənin kardiorespirator sistemin vəziyyətini yaxşılaşdırması, əzələ gücünü artırması və arıqlamağa kömək etməsi ilə izah edilə bilər.
Azpost.info