Rusiya vətəndaşlığını qəbul etmiş Estoniya sakinləri ölkədən çıxarıla bilər.
Azpost.info xəbər verir ki, bunu Estoniya Baş naziri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, hakimiyyət indi belə insanların yaşayış icazəsini ləğv etməyə imkan verəcək hüquqi mexanizm axtarır.
Kallas deyib ki, Rusiya Ukraynaya hücum etməklə beynəlxalq hüququn bütün prinsiplərini pozub. Üstəlik, Estoniya Parlamenti və Avropa Şurası Rusiyanı “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanıyıb.
Baş nazir hesab edir ki, indi bu ölkənin vətəndaşlığını almaq istəyi həmin insanın Rusiya ordusuna qoşulmağa və müharibədə iştirak etməyə hazır olmasından xəbər verir: “Bu, artıq Estoniyanın təhlükəsizliyinə təhdiddir və məsələnin Estoniya dövlətinin diqqətindən kənarda qala bilməyəcəyinə dair çox açıq siqnaldır”.
Azpost.info