“Rosselxoznadzor” dekabrın 4-dən Moldovanın bəzi regionlarından bitkiçilik məhsullarının idxalına qadağa tətbiq edəcək.
Azpost.info xəbər verir ki, qərar Rusiyada kənd təsərrüfatı istehsalına ciddi ziyan vura biləcək amillərin müəyyən edilməsi ilə əlaqədar qəbul edilib.
“Qadağanın tətbiqinə səbəb tərəvəz və meyvələrdə sistematik şəkildə aşkar edilmiş pozuntu hallarıdır ki, bu da Rusiyanın kənd təsərrüfatı istehsalına çoxmilyardlıq ziyan vura bilər. Moldova “Rosselxoznadzor”un əvvəlki iradlarına cavab verməyib və çirklənmiş məhsulların tədarükünün qarşısını almaq üçün təsirli tədbirlər görməyib”, – məlumatda deyilir.
Azpost.info