Bakıda 6 saylı “Bakubus” avtobusunda tüstülənmə olub.
Azpost.info bildirir ki, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.
“Azneft” meydanı istiqamətində gedən avtobusun salonunu bürüyən tüstü nəticəsində bir neçə sərnişinin halı pisləşib. Sərnişinlər təcili olaraq avtobusdan düşürülüb.
Sürücünün sözlərinə görə, avtobudakı kondisioner partlayıb, nəticədə avtobusda yanğın təhlükəsi yaranıb.
Hazırda hadisə araşdırılır.
Azpost.info