Masallıda “Şaqman”yük maşınında külli miqdarda narkotik aşkarlanıb

Masallıda “Shacman”ın sürücüsündən külli miqdarda müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi “Shacman” markalı yük avtomobilində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.