Pentaqon rəhbəri İsraillə bağlı ritorikasını dəyişib?- AÇIQLAMA

ABŞ HƏMAS hərəkatına qarşı hərbi əməliyyatların vaxtını İsrailə diktə etmək niyyətində deyil.

Azpost.info xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Tel-Əvivdə yüksək vəzifəli İsrail rəsmiləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun ölkəyə dəstəyi qüvvədə qalır, lakin fələstinli mülki vətəndaşları qorumaq da vacibdir: “Bu İsrailin əməliyyatıdır və mən bura şərtləri diktə etmək üçün gəlməmişəm. Biz İsrailin özünümüdafiə hüququna verdiyimiz dəstəyimizə sadiqik. Amma fələstinli mülki vətəndaşları qorumaq mənəvi və strateji vacib şərtdir”.

“Blomberg” qeyd edir ki, Pentaqon rəhbərinin İsrail ordusu ilə bağlı bəyanatı əvvəlki bəyanatları ilə müqayisədə daha yumşaq olub. Belə ki, dekabrın əvvəlində Ostin bildirmişdi ki, İsrail çox sıx məskunlaşan şəhərdə xətti tutmağı bacaran düşmənlə döyüşür və İsrail ordusu orada strateji məğlubiyyətə uğraya bilər. O, həmçinin qeyd edib ki, Təl-Əviv mülki əhalinin təhlükəsizliyini təmin etməli və Qəzzada humanitar dəhlizlər yaratmalıdır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.