“Oppenheymer” tarixi dramı “Ən yaxşı dramatik film” kateqoriyasında Hollivudun “Qızıl qlobus” mükafatına layiq görülüb.
Azpost.info xəbər verir ki, filmin rejissoru Kristofer Nolan rejissorluğa görə, aktyor Killian Mörfi isə dram filmində ən yaxşı kişi roluna görə mükafat alıblar.
“Ən yaxşı film (musiqili və ya komediya)” nominasiyası üzrə “Qızıl qlobus” mükafatına Yorgos Lantimosun “Yoxullar və bədbəxtlər” filmi layiq görülüb. Filmdə baş rol oynayan Emma Stoun musiqili və ya komediya filmində ən yaxşı aktrisa hesab olunub.
Azpost.info