Azərbaycandan Rusiyaya bir ayda 2,1 milyon yumurta göndərilib

yumurta qıtlığı
yumurta qıtlığı

Yanvarın 13-14-də Azərbaycandan Rusiyaya 55,72 ton (918 min ədəd) həcmində növbəti yumurta partiyası tədarük edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına görə, yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədilə nümunələr götürülüb.

Ümumilikdə 19 dekabr 2023-cü il tarixindən indiyədək Azərbaycandan Rusiyaya 2,1 milyon ədəd yumurta tədarük edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.