“Problemlər özünü dərk edə bilməməkdən yaranır” –Putinin qızı ilk dəfə müsahibə verdi

“Uşaqlıqdan həkim olmağı arzulayırdım”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti  Vladimir Putinin böyük qızı, tibb elmləri namizədi Mariya Vorontsova internt üzərindən yayımlanan ixtisaslaşmış tibb kanalı üçün verdiyi müsahibədə bildirib.

O, bir sıra şəxsi sualları cavablandırıb.

M.Vorontsova deyib ki, ailədə onun iqtisadçı olmasını istəyiblər: “Orta məktəbi bitirdikdən sonra iqtisadçı olmaq istədim. Sonr düşündüm ki, bu necə olur? Ailədə hamı nə olmaq istədiyimi bilir, mənə etibarlı “yol cızıblar”. Nəsə başqa bir şey düşünməli oldum. Tibbi seçdim”.

Mariya rus şairi Puşkini çox sevdiyini bildirib: “Ola bilsin bir qədər köhnə dəbli görünərəm. Amma Puşkin çox xoşuma gəlir. Yevgeni Onegini həmişə oxuyuram. Puşkinin nağıllarını da çox sevirəm. Hesab edirəm ki, Puşkinin nağıllarında mənəviyyat və həqiqət çoxdur. Rus ədəbiyytatından həmçinin Dostoyevski və “İdiot” əsərini sevirəm”.

Hobbisi barədə suala cavabında Mariya deyib ki, ixtisası həm də onun üçün hobbidir: “Maraq dairəm çox genişdir. Gözəl olan hər şeyi məni ruhlandırır. İdmanı, Musiqi, yaradıcılıq, teatrı çox sevirəm”.

Mariya arzularından da söz açıb: “Mənim arzum bu planetə həyatın haradan gəlməsini bilməkdir. Bir də insan şüurunda fikirlərin  necə meydana gəlməsini bilmək istərdim”. 

“Arzu edirəm ki, insanların özünü dərk etməyə imkanı çataydı. Bu bir-birimzlə kommunikasiya qurmağa böyük kömək edərdi. Fikrimcə, bir çox problemlər, anlaşılmazlıqlar, ilk növbədə özü-özünü anlamamaqdan irəli gəlir”-deyə Mariya Vorontsova bildirib.

Bu, prezidenti Putinin qızının KİV-ə ilk geniş müsahibəsidir. Buna qədər Putinin qızları mediadan kənarda saxlanılıb.

Azpost.info 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.