ABŞ-ın müdafiə naziri xəstəxanadan evə buraxılıb

Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə (Meriland) yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

Bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək”, – bəyanatda bildirilir.

Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngi diaqnozundan müalicə alır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.