“Qırmızı dənizdə vəziyyət nəzarətdən çıxa bilər” –BMT-nin Baş katibi

Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və vəziyyətin tezliklə nəzarətdən çıxması ehtimalı var.

Bu barədə jurnalistlərə BMT-nin Baş katibi Antonio Quterreş məlumat verib.

Onun sözlərinə görə, Qırmızı dənizdə vəziyyəti tezliklə cilovlamaq mümkün olmayacaq.

Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalarla bağlı ciddi narahatlıq ifadə edib: “Bu, İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir göstərəcək”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.