“Qəzzada müharibənin intensiv mərhələsi tezliklə başa çatacaq”- Müdafiə naziri

“İsrail ordusu Qəzzanın cənubunda HƏMAS terror hərəkatına qarşı hücumunun bir hissəsi olaraq strategiyasını dəyişməyi planlaşdırır”.

Azpost.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

“Manevrlərin intensiv mərhələsi təxminən üç ay davam edəcək. Qəzza zolağının cənub hissəsində biz bu məqsədə nail olacağıq və bu mərhələ tezliklə başa çatacaq”, – o, Qüdsdə keçirilən mətbuat konfransında deyib.

Qalanta görə, bundan sonra Qəzza zolağının şimal hissəsində müharibənin növbəti mərhələsi başlayacaq.

İsrail oktyabrın 27-dən Qəzza zolağında quru hərbi əməliyyatlar aparır. Son həftələr İsrail ordusu cənubdakı şəhərlərdə hədəflərə hava zərbələrini artırıb.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.