Məşhur “Boney M” qrupunun yaradıcısı vəfat edib

Alman musiqiçisi və məşhur “Boney M” qrupunun yaradıcısı Frank Farian (əsl adı Frank Reyter) 82 yaşında Mayamidə vəfat edib.

Azpost.info bildirir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Farianın Mayamidəki öz evində öldüyü bildirilir.

Farian Almaniyada anadan olub və uşaqlıqdan musiqi ilə məşğul olub. Almaniyada yerləşən Amerika əsgərlərini təqlid edərək, o, rok-n-rollla maraqlanmağa başlayıb.1961-ci ildə özünün “Frankie Farian und die Schatten” qrupunu yaradıb. 1964-cü ildə Hamburqda keçirilən rok festivalından sonra şöhrət qazanıb.

1975-ci ildə Farian prodüser olaraq əslən Karib dənizi sahillərindən olan musiqiçilərlə “Boney M” disko  qrupunu yaradıb. Qrup Daddy Cool (1976), Ma Baker (1977), Rasputin (1978) və Rivers of Babylon (1978) kimi mahnıları ilə dünya hit-paradlarına yüksəlib.
Maraqlıdır ki, Farian studiyada kişi vokalını özü oxuyub,  qrupun kişi siması Bobbi Farrell isə konsertlərdə mahnıları canlı ifa edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.