Rusiya Patriarxı Kirill “Valentin Günü”nü qeyd etməməyə çağırıb

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill 14 fevralda qeyd olunan “Müqəddəs Valentin Günü”nü “zərərli” elan edib. 

Azpost.info bildirir ki, Patriarx Kirill bunu “beynəlxalq Milad qiraətləri”nin plenar iclasında deyib.

Onun sözlərinə görə, Rusiyada “Sevgililər Günün”ün qeyd edilməsi bir çox suallar doğurur.

Kiril deyib ki, həmin gün “əsl sevgi ilə heç bir əlaqəsi olmayan” münasibətləri təbliğ edir. Bayram Qərbdən idxal edilib: “Bu bayramın populyarlığı azad sevgi ideyasının yayılması ilə bağlıdır. Bu ideya sənə yaxın olan adamı uşaqlarının gələcək həyatı üçün bütün məsuliyyətdən azad edir, lazımsız sayır”. 

Kirill “Hellouen” bayramını da tənqid edib: “Bu cür bayramlar indiki gənclərə zərər verə bilər. Ona görə də onları xaricdən gələn və ənənəvi dəyərlərə mənfi təsir göstərməyə başlayan belə “bayramlardan” xilas etmək lazımdır”.

Bundan əvvəl Rus Pravoslav Kilsəsinin rəhbəri Rusiyanı bütün dünyada pravoslavlığın dəstəyi adlandırmışdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.