Yeddi uşağı olmasına baxmayaraq atalıq Robert De Nironun həyatını hər dəfə dəyişdirir. 80 yaşlı Oskar mükafatlı aktyor yeni doğulan qızı haqqında danışarkən göz yaşlarına boğulub.
Azpost.info bildirir ki, “AARP The Magazine”-in fevral sayına müsahibəsində əfsanəvi aktyor sevgilisi Tiffani Çen ilə 9 aylıq qızı Ciadan danışıb.
80 yaşlı De Niro “bu, əladır” deyib. “Körpə mənə baxanda məni narahat edən hər şey yox olur. Bu gözəldir: Onun sənə şirin baxması, səni qəbul etməsi, müşahidə etməsi …” De Niro göz yaşları içində əlavə edib.
De Niroun qızı 6 aprel 2023-cü ildə anadan olub.
De Nironun Martin Skorsezenin “Killers of the Flower Moon” filmindəki roluna görə Oskar mükafatına namizədliyi irəli sürülüb.