ABŞ prezidenti Co Bayden Las-Veqasda seçicilərlə görüşündə çıxışı zamanı yenə onları təəccübləndirib.
Azpost.info bildirir ki, Bayden çıxışında bu yaxınlarda Fransanın mərhum prezidenti Fransua Mitteranla əlaqə saxladığını deyib. Məlumatı Fox News yayıb. Müvafiq video internetdə yayılıb.
Bayden çıxışı zamanı Böyük Britaniyada keçirilən G7 sammiti çərçivəsində keçirilən görüşlərdən danışıb.
“Mən oturdum və dedim ki, “Amerika qayıtdı”. Fransadan olan Mitteran mənə baxıb soruşdu: “Yaxşı, o, nə qədər vaxtdır qayıdıb?” – deyə Bayden bildirib.
Fransua Mitteran 30 il əvvəl dünyasını dəyişib. Ehtimal ki, prezident Fransanın hazırkı lideri Emmanuel Makronu nəzərdə tuturmuş.
Bu cür hadisələr Baydenlə tez-tez baş verir. Belə ki, o, bu yaxınlarda Donald Trampı ABŞ-ın hazırkı lideri adlandırmışdı.