Rusiyada qadınlara ölmüş müharibə iştirakçısı ilə rəsmi nikaha girmək icazəsi veriləcək

Ukraynada həlak olmuş müharibə iştirakçılarının vətəndaş nikahında yaşadıqları xanımları ölümündən sonra onlarla evlənə, vərəsəlik hüququnu, həmçinin bütün ödənişləri ala biləcəklər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Dumasına təqdim edilmiş qanun layihəsində deyilir.

“Evlilik münasibətlərində olma faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu şərtlə ki, ən azı üç il (ortaq uşaqları və ümumi təsərrüfatları varsa, 1 il) birlikdə yaşamış olsunlar”, – sənəddə qeyd olunur.

Bu halda məhkəmə nikah münasibətləri faktını tanıyacaq və bu, rəsmi nikahın bağlanmasına bərabər olacaq. Daha sonra bu barədə məlumatlar Vətəndaşlıq Vəziyyəti Qeydlərinin Vahid Dövlət Reyestrinə daxil ediləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.