Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşü barədə anons verib.
Azpost.info bildirir ki, Narışkin bu gün bildirib ki, o, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə yeni təmaslar planlaşdırır. Narışkin bu yeni təmasların vaxtı ilə bağlı təfərrüatlara varmayıb. Lakin söz verib ki, təmas nə zaman baş tutsa xəbər verəcək.
Bundan əvvəl Sergey Narışkin bildirib ki, Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi arasında məsləhətləşmələr nadir, lakin müntəzəmdir. O, onların qorunub saxlanmasını belə təmasların beynəlxalq gərginliyin azaldılması üçün faydalı olması ilə izah edib.
Azpost.info