“İlon Mask ağıllı insandır. Onu layihələrin inkişafı, xüsusən də insan beyninə çiplərin yerləşdirilməsi sahəsində dayandırmaq mümkün deyil. Lakin texnologiyanın inkişafı qaydaları ilə bağlı onunla razılığa gəlmək lazımdır”.
Azpost.info bildirir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin ABŞ jurnalisti Taker Karlsona müsahibəsində deyib.
Müsahibə zamanı Rusiya dövlət başçısı qeyd edib ki, Maskın neyrotexnologiya şirkəti Neuralink bu yaxınlarda insan beyninə implant tətbiq edib: “Düşünürəm ki, Maskı dayandırmaq mümkün deyil, o, hələ də lazım bildiyini edəcək”, – Putin bu xəbəri şərh etmək istəyinə cavab verib.
“Ancaq biz onunla hansısa yolla danışıqlar aparmalıyıq, onu inandırmaq üçün bəzi yollar axtarmalıyıq. Mən onun ziyalı olduğuna əminəm. Bu prosesi müəyyən qaydalara riayət etməklə kanonlaşdırmaq lazımdır”.
Yanvarın sonunda Mask Neuralink implantının insan beyninə uğurla implantasiya olunduğunu elan edib. Onun sözlərinə görə, cihazın gələcəyi perspektivli görünür.