2024-cü ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 52,9 mln. manat və ya 15,4% artım qeydə alınıb.
Bu barədə DSMF-dən Azpost.info-ya məlumat verilib.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 mln. manat və ya 10,9%, qeyri-büdcə təşkilatları üzrə isə 48,1 mln. manat və ya 19,9% artımla olub.