“Fransa Ermənistan Silahlı Qüvvələrinə ehtiyac olarsa, hava hücumundan müdafiə sistemləri üçün raketləri təhvil verməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra deyib.
Onun sözlərinə görə, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın geniş planları var.
“Hava hücumundan müdafiə haqqında… Qısa, orta və digər mənzilli raketlər barədə deyəcəyəm. Əgər Ermənistana lazımdırsa, o zaman bu raketlər onlara veriləcək”, – Lekornu bildirib.
Azpost.info