Lerikdə avtomobil 500 metr yüksəklikdən dərəyə aşıb –Ölən var

Lerikdə minik avtomobili dərəyə aşıb.

Hadisə bu səhər Lənkəran – Lerik yolunun 50-ci km-də qeydə alınıb.

Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi avtomobil hərəkətdə olarkən yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb.

Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.

İlkin məlumata görə hadisəyə səbəb yolun qarlı və buzlu olduğu göstərilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.