Son ticarət sessiyası zamanı “Bitcoin”in qiyməti 9,68 faiz artaraq 56,467 min dollar olub.
Azpost.info xəbər verir ki, “Coindesk” platformasının məlumatına görə, belə bir irəliləyiş 2 dekabr 2021-ci ildən bəri ilk dəfə qeydə alınıb.
2024-cü il yanvarın 8-də ticarət sessiyası zamanı “Bitkoin”in qiyməti 47 min dollardan yuxarı qalxıb. Bu, 30 mart 2022-ci ildən bəri ilk dəfə baş verib. “Bitkoin”in dəyəri daha sonra 6,33 faiz artaraq 47 054 dollar olub.
“Həmçinin, “Bitcoin”in dəyərində nəzərəçarpacaq artım 2021-ci il avqustun 23-də qeydə alınıb. O zaman 2,27 faiz bahalaşaraq 50 min dolları keçib.
Azpost.info