“Neftçi” – “Spartak” oyunu ləğv olunub

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

Bakı klubundan verilən məlumata görə, buna səbəb Moskvada ötən gün baş vermiş terror aktı və çox sayda insanın həlak olmasıdır.

Paytaxt təmsilçisindən bildirilib ki, matç üçün alınmış biletlər qaytarılacaq.

Qeyd edək ki, “Neftçi” və “Spartak” arasında yoldaşlıq görüşü bu gün saat 18:00-da keçiriləcəkdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.