“Brilyant əl” filminin məşhur aktrisası psixi xəstəxanaya yerləşdirilib

Tanınmış sovet kino aktrisası  Svetlana Svetliçnaya kəskin miokard infarktından sonra yemək və içməyi dayandırıb. O, venadaxili qidalanma alır.

Azpost.info bildirir ki, bu barədə SHOT telegram kanalı məlumat yayıb.

Martın 27-də infarkt keçirən Svetliçnaya Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna aparılıb. Martın 29-na kimi o, reanimasiyada olub, sonra isə cərrahi xəstələr üçün somatopsixiatriya şöbəsinə köçürülüb.

Sənətçi hazırda Qannuşkin adına xəstəxananın psixiatriya şöbəsindədir. Ona maye məhlul şəklində venadaxili qidalanma verilir.

Aktrisa halsızlıq və aşağı təzyiq səbəbindən qida qəbul edə bilmir. Bundan əvvəl müstəqil hərəkət etməyi dayandırmışdı. Aktrisaya koronar sindromu və ürək və böyrək çatışmazlığı, ürək və böyrəklərin zədələnməsi, 3-cü mərhələ hipertoniya diaqnozu qoyulub.

Bundan qabaq sənətçiyə demensiya diaqnozu qoyulmuşdu. Onda başqa psixi xəstəliklər də meydana gəlib.

83 yaşlı Svetlana Svetliçnaya “Baharın on yeddi anı” və “Briliyant əl”filmlərindəki rolları ilə tanınır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.