Rusiyada Murmanskın qubernatoru bıçaqlanıb

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis bıçaqlanıb.

Çibis xəstəxanaya yerləşdirilib. Ona hücum edən şəxs isə saxlanılıb.

Qubernator Andrey Çibis Apatitidəki “Stroitel” mədəniyyət mərkəzində vətəndaşlarla görüşdən sonra çölə çıxıb.

Bu zaman naməlum şəxs qubernatorun yanına gələrək onu qarnından bıçaqlayıb.

İlkin məlumata görə, Çibisin həyatı üçün heç bir təhlükə yoxdur.

Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri hücumun səbəblərini araşdırır.

İstintaq Komitəsindən bildirilib ki, Murmansk vilayətinin qubernatoruna hücum edən şəxs Rosqvardiya tərəfindən saxlanılan zaman yaralanıb.

Rusiya “Telegram” kanalları Murmansk vilayətinin qubernatoruna hücum edən şəxsin Apatit şəhərinin sakini 42 yaşlı Aleksandr Bıdanov olduğunu açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.