Kirkorov Alla Puqaçova ilə evliliyinin necə dağıldığını açıqlayıb

Rusiyalı məşhur müğənni Filipp Kirkorov SSRİ xalq artisti Alla Puqaçova ilə evliliyinin necə dağıldığını danışıb.

Azpost.info bildirir ki, müğənni bu barədə “yeni rus sensassiyaları” proqramında söz açıb.

Kirkorovun sözlərinə görə, heç nə onların münasibətlərini poza bilməyəcəyini düşünüb, lakin komediya ustası Maksim Qalkin onun seçdiyini ələ keçirə bilib.

“Qalkin ona girişməyə başladı, Alla da ona tərəf “üzdü”. Başa düşdüm ki, mən dörd ildir necə deyərlər “başımda buynuzla” gəzmişəm. Bütün gözəl nağıl bir gecədə sona çatdı”, – müğənni “bildirib.

O, keçmiş həyat yoldaşına qarşı heç bir kin bəsləmədiyini deyib, əksinə öz yarını tapdığına görə sevinir.

Alla Puqaçova və Filip Kirkorov 10 il evli olub. 1994-cü ildən başlayan birgə həyatı 2005-ci ildə sona çatıb.

Hazırda Alla Puqaçova Maksim Qalkinlə evlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.