Türkiyə cümə axşamı günü İsrail ilə bütün ixrac və idxalı dayandırıb.
Azpost.info bildirir ki bu barədə “Bloomberg” məsələ ilə məlumatlı olan iki türk rəsmisinə istinadən xəbər verir.
Qeyd olunur ki, rəsmi Ankara bu addımla bağlı heç bir açıqlama verməyib.
2023-cü ildə iki ölkə arasında ticarətin həcmi 6,8 milyard dollar olub. Bunun 76 fazisi Türkiyədən idxal təşkil edib.
**
Türkiyənin Ticarət Nazirliyi ölkənin İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandığını təsdiqləyib.
Bu barədə nazirliyin açıqlamasında deyilir.
Qeyd olunub ki, bu qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım axınına icazə verənə qədər həyata keçirəcək.