Yer kürəsində maqnit qasırğası güclənib

Yüksək günəş alovlarl hazırda Yer kürəsində tüğyan edən maqnit qasırğasını xeyli gücləndirib.

Azpost.info xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutunun kosmik havanın monitorinqi mərkəzinə istinadən məlumat yayıb.

Alimlərə görə, hazırda Yer kürəsində monitorinq miqyasında güclü olan G3 səviyyəli maqnit qasırğası davam edir. Geomaqnit qasırğasının bu səviyyəsi enerji sistemlərində gərginliyin tənzimlənməsini və təhlükəsizlik sistemlərində yanlış siqnalların monitorinqini tələb edir.

Yer kürəsində may ayının ilk maqnit qasırğası ayın 3-də gözlənilirdi.

Alimlər 2024-cü ildə Günəşin yeni aktivlik pik həddinə çatacağını və bunun da maqnit qasırğalarının sayının artmasına səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.