Bir neçə il öncə Azərbaycandan Almaniyaya mühacirət etmiş tanınmış jurnalist Çingiz Sultanosoyun həyatında yenilik var.
Azərbaycanlı jurnalsit ailə qurub əcnəbi xanımla evlənib: “Bilirəm ki, gərgin siyasi hadislər, deputatların faciəsi, qanlı gözyaşı və beğafil seçki ərəfəsində yeri deyil, amma deyəcəm. Bu xanımla Almaniyada yeni həyatıma başladım. Adı Natalidir”,-deyə Ç.Sultansoy sosial şəbəkədə həyatındakı yeniliyə dair xəbəri dostları ilə bölüşüb.
Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. 90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.
Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir.
Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.
O, 2017-ci ildən Almaniyada yaşayır.