MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

İclasda YAP-ın 77 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.