Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda şəhid və qazi ailələri üçün mənzil alışı ilə bağlı tender müsabiqəsi elan edib.
Azpost. info bildirir ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Qazax rayonunda 2 otaqlı və 3 otaqlı mənzillərin satınalınması üçün 925 min 249 manat ayrılıb.
Sifariş verilən 15 mənzildən 9-u üçotaqlı, 6-sı ikiotaqlıdır.