“Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində tədbir keçirilib –FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində 09 iyul 2024-cü il tarixdə Bərdə rayon Qadın Resurs Mərkəzində növbəti tədbirini keçirib.

Tədbirdə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Quliyeva, ekspert Şərqiyyə Dadaşova və icma üzvləri iştirak etdilər. Layihə rəhbəri Z. Quliyeva layihənin məqsədi və donor təşkilat haqqında ətraflı məlumat verdi. Layihənin eksperti Ş. Dadaşova məişət zorakılığı və onun növləri, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu barədə geniş təqdimat etdi.

Təqdimatdan sonra müzakirələr oldu. Tədbir iştirakçıları təəssüflə bildirdilər ki, məişət zorakılığı halları geniş yayılmışdır və bu hallar, xüsusilə də, həmin ailələrdə böyüyən uşaqların psixologiyasına, onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Ümumiyyətlə, məişət zorakılığından daha çox qadınların və uşaqların əziyyət çəkdiyi bildirildi. Eyni zamanda, məişət zorakılığının yaratdığı əsas problemlərdən birinin də erkən nikah olduğu və bunun qarşısının alınmasının zəruri olduğu vurğulandı.

Tədbirdə iştirakçıları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İnkişaf Təşəbbüsləri İctimai Birliyinə minnətdarlıqlarını bildirdilər. Tədbir interaktiv şəkildə və müzakirələr aparılmaqla keçdi. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. Sonda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Z. Quliyeva tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı cənab Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova minnətdarlığını bildirdi.

Sonda xatirə şəkili çəkilib.

Qeyd edək ki, layihə 3 ay müddətində 2 rayonda (Bərdə və Göygöl) həyata keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.