Bayden Trampı debata çağırıb-"Daha belə olmayacaq"

ABŞ prezidenti Co Bayden sentyabrda rəqibi, respublikaçı namizəd Donald Trampla debatda qarşılaşmağa hazır olduğunu bildirib.

Azpost.info bildirir ki, bu barədə Bayden NBC News-a deyib: “Mən onunla debata çıxacağam. Razılaşdığımız kimi sentyabrda debata çıxacağıq”.

ABŞ prezidentinin sözlərinə görə, o, hazırda indi fəal şəkildə meydandadır: “Mən 22 böyük tədbir keçirdim, minlərlə insanla görüşdüm, böyük izdiham topladım”.

Jurnalistin “növbəti debat yenə uğursuz olarsa, nə edəcəksiniz?” sualına Bayden belə cavab verib: “Mən bir daha bu səviyyədə etməyi planlaşdırmıram”.

İyunun 28-nə keçən gecə Bayden-Tramp debatı baş tutub. Bir çox Amerika mediası debatda Baydenin Trampla müqayisədə çox zəif göründüyünü qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.