Antiinhisar xidməti subsidiyaların verilməsinə nəzarət edəcək

Azərbaycanda yeni qəbul edilən Rəqabət Məcəlləsi ilə subsidiyaların verilməsinə nəzarət ediləcək.

Bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Şəmsi Rzalı deyib.

“Təbii inhisar subyektləri subsidiya alırlar. Belə olduqda özəl təsərrüfat subyektləri üçün çətin vəziyyət yarana bilər. Odur ki, Rəqabət Məcəlləsi ilə bu sahəyə nəzarət ediləcək”, – deyə o əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.